Ana səhifə / Cəmiyyət / “Anarla görüşməyə ehtiyac duymuram” – Əkrəm Əylisli

“Anarla görüşməyə ehtiyac duymuram” – Əkrəm Əylisli

Bu gün Xalq yazıçısı Anar Rzayevin 85 yaşı tamam olur. 

Qeyd edək ki, Anar son illər qalmaqallarlarla daha çox gündəmə gəlir. Onun konflikt yaşadığı şəxslərdən biri də qocaman yazıçı Əkrəm Əylislidir.

Yenisabah.az-a danışan yazıçı Əkrəm Əylisli keçmiş dostunu ad günü münasibətilə təbrik edib:

“Mən Anarı təbrik edirəm. Ona can sağlığı, bir də uzun ömür arzulayıram. Ona bundan başqa bir şey arzulamıram. Hələlik bunları arzulayıram, sonrası Allah kərimdir, özü bilər. 

Bizim münasibətlərimiz bir az başqa cür olub, onu bu gün açıb-ağartmaq istəmirəm. Bizim üçün 85 yaş hər halda, az yaş deyil. Heç mənim özümün ağlıma gəlməzdi ki, 85 yaş yaşaya bilərəm. Allahın verdiyi qədər yaşayırıq.

Bizim Anarla üz-üzə gəlmək şansımız yoxdur ki, ona nə isə deyim. Bizim görüşməyimizə ehtiyac olsaydı, bu illər ərzində görüşərdik. Bu ehtiyacı hiss eləmədiyim üçün bizim aramızda bundan sonra görüşmək məsələsi də olmayacaq”. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …