Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Astarada 2 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

Astarada 2 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

Astaranın Vaqo kəndi ərazisində “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması yol nəqliyyat hadisəsinə səbəb olub.

ARB TV xəbər verir ki, nəticədə 3 nəfər ağır xəsarət alıb.

Onlardan Miki kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Digər yaralı “VAZ 2106” markalı avtomobilin sürücüsü Rasim Məmmədov isə xəstəxanada vəfat edib. Abbas Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir.

Dünyasının dəyişən Cabbar Nəsirov və Rasim Məmmədovun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …