Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Amrahbank” manatla kreditlərə limit qoydu

“Amrahbank” manatla kreditlərə limit qoydu

“Amrahbank” milli valyutada verdiyi kreditlərin məbləği üçün yuxarı hədd müəyyən edib. Bu barədə fins.az-a bankdan bildirilib. Belə ki, “Amrahbank”dan 3 min manatdan çox kredit götürmək istəyənlər əlavə məbləği dollarla rəsmiləşdirməlidir. Bu da o deməkdir ki, eyni vaxtda 2 kredit müqaviləsi bağlanır. Yəni, tutaq ki, müştəri 4 min manat kredit götürmək istəyirsə, ona bir müqavilə ilə 3 min manat, digər müqavilə ilə isə təxminən 950 dollar kredit verilir. Kreditin illik faiz dərəcəsi isə manatla 29%, dollarla isə 24-29%-dir. Komisyon haqqı isə kredit məbləğinin 1%-i qədər tutulur.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın