Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Altı bank “neqativ” siyahıya düşdü

Altı bank “neqativ” siyahıya düşdü

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 bankı üzrə reytinq fəaliyyətini dərc edib.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, agentlik “Xalq Bank”, “Bank Respublika” və “Kapital Bank”ın kredit ödəmə qabiliyyətinin baza qiymətini müvafiq olaraq b3, b2 və b1 səviyyəsində təsdiq edib. Bu bankların uzunmüddətli kredit reytinqləri üzrə proqnozu “stabil”dən “neqativ”ə düşürülüb.

Agentlik, həmçinin VTB (Аzərbaycan), “Bank of Baku” və “Unibank”ın kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsini və uzunmüddətli kredit reytinqlərini azaldıb və onları “neqativ” proqnozlu siyahıya daxil edib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın