Daha bir MTN əməkdaşı növbəti dəfə hakim qarşısına çıxarılıb. O,
dələduzluqda ittiham edilir.Musavat.com xəbər verir ki, Bakı Ağır
Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun
cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən
şəxsin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Xatırladaq ki, Tofiq Rəcəbovun işi ötən ilin iyul ayında məhkəməyə göndərilmişdi.
Rəcəbovun vəkili vəsatət verərək bildirmişdi ki, istintaq dövründə
müvəkkilinə qarşı kobud qanun pozuntuları olub və o, cinayət işinin
ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin edib
cinayət işini prokurorluğa qaytarmışdı.
Qeyd edək ki, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat
pulunu ələ keçirməkdə ittiham olunur. İttihama görə, həmin pul
qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirəcəyini vəd edib.
Lakin sonradan vədinə əməl etməyib. T.Rəcəbov barəsində həbs-qətimkan
tədbiri seçilməyib və hazırda polis nəzarətindədir.
Məlumata görə, T.Rəcəbov qızıl biznesi ilə məşğul olub. Onun
barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda
törədildikdə) maddəsi ilə ittiham elan edilib. T.Rəcəbov daha əvvəl ləğv
edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən
saxlanılıb, hədə-qorxu və təzyiqlərə məruz qalıb.
T.Rəcəbov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş
İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində
zərərçəkmiş şəxs qismində tanınıb. Xatırladaq ki, T.Rəcəbov xüsusi
xidmət orqanının ehtiyatda olan polkovnikidir.
Ötən məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman məlum
olub ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv
edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.
Ana səhifə / Kriminal / Akif Çovdarovdan zərər çəkən MTN zabiti hakim qarşısında – Qızıl alverçisi olub
Həmçinin oxuyun
Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi
Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …