Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib – FOTOLAR

Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib – FOTOLAR

Əlahiddə Ümumqoşun Ordunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlim mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib. Təlim mərkəzində maneələr zolağı və təlim idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb.

Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin sədri muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

25a86b07-d8d2-41a3-92c0-58f732420b5f
82c5d1ab-1c9d-4e82-a9b9-bece0399f7e6
849757a4-87dd-418d-b546-404ad9ae4a33
f20fd7d2-1a55-44f5-9dfa-0eabbbb4032b

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …