Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / “Ağəliyə çox ağır işgəncələr verilib” – VİDEO

“Ağəliyə çox ağır işgəncələr verilib” – VİDEO

Sentyabrın 4-də Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağəli Yəhyayevin həbsi ilə bağlı mətbuat konfransı keçirilib. Həyat yoldaşı Şəhanə Həsənova Ağəli Yəhyayevin saxlanılarkən işgəncəyə məruz qaldığını deyir.
Bu barədə Meydan TV məlumat yayıb
Bildirilib ki, Ağəli Yəhyayev avqustun 31-də anasını bağdan götürməyə gedərkən yolda həbs olunub. Ona daha öncə həbs olunan inanclı fəallar kimi Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.
Ağəli Yəhyayev indiyədək iki dəfə uzunmüddətli, iki dəfə də inzibati həbsdə olub. O, ümumilikdə 10 il 2 ay həbs həyatı yaşayıb. Bir ilə yaxındır ki, yüzlərlə inanclı şəxs narkotik ittihamı ilə həbs olunub.

Həmçinin oxuyun

Qubad İbadoğluna elektron qandal taxıldı

Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Qubad İbadoğlunun bağ evində ona …