Ana səhifə / Kriminal / 5-ci sinif şagirdi dərs zamanı dünyasını DƏYİŞDİ

5-ci sinif şagirdi dərs zamanı dünyasını DƏYİŞDİ

Rusiyanın Yekaterinburq vilayətində 5-ci sinif şagirdi dərs zamanı dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, Sverdlovsk prokurorluğu gimnaziya tələbəsinin ölümüylə bağlı araşdırmaya başlayıb.
Prokurorluqdan verilən ilkin açıqlamaya görə, hadisə bu gün baş verib. Qeyd olunur ki, 6-cı dərs vaxtı partaların arasıyla gəzən müəllim şagirdlərdən birinin ağladığını hiss edib. Şagird başında möhkəm ağrı olduğunu deyib. Bundan sonra yoldaşları onu məktəbin tibb məntəqəsinə aparıb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (Publika)

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …