Cümə axşamı , May 2 2024
Ana səhifə / Kriminal / 4 gün gizlənən “Hozu” həbs edildi

4 gün gizlənən “Hozu” həbs edildi

Bakıda bir neçə gün öncə yeznəsini güllələyən şəxs tutulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qətl törədərən hadisə yerindən qaçan və 4 gün gizlənən “Hozu” ləqəbli Rauf Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah da üzərində olub və ondan götürülüb. 

Hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Mərhum R.Məmmədovun 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …