Ana səhifə / Kriminal / Ağstafada qonşular arasında dava olub, xəsarət alanlar var

Ağstafada qonşular arasında dava olub, xəsarət alanlar var

Ağstafa sakini qonşusunu maşınla vurub.

APA-nın məlumatına görə, rayonun Qaçaq Kərəm küçəsində yaşayan, 1973-cü il təvəllüdlü Rövşən Namazov ayaq sınığı diaqnozu ilə, 1940-cı il təvəllüdlü Telman Mansırov isə döyülmə xarakterik xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, qonşuluqda yaşayan Rövşən Namazovla Telman Mansırov arasında evlərinin qarşısında mübahisə düşüb, mübahisə zamanı sonuncunun oğlu Ramin Mansırov özünə məxsus “Mercedes” markalı avtomobilli Rövşən Namazovun üzərinə qəsdən sürüb və xəsarət yetirib. 
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …