Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / 3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məhkəmə bitdi – 18 illik cəza (Video)

3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məhkəmə bitdi – 18 illik cəza (Video)

Ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Abdullayevin və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Vüsal Abdullayevin 10 il, Rəşad Məmmədovun isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə Vüsal Abdullayev özünü qismən təqsirli bilib. Rəşad Məmmədov isə özünü tam təqsirli bildiyini deyib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 263.3-cü (iki və daha artıq şəxsin ölümü ilə nəticələnən avto qəza törətmə) maddəsi ilə ittiham edilir.

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Ağır qəzada 3 nəfər dünyasını dəyişib. Qəza zamanı 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 22 yaşlı Ramilə Cəfərova dünyasını dəyişib.
1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu isə ağır xəsarət alıb.

Dünyasını dəyişənlər və yaralanan şəxslər taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobildə olublar.

Qəzada iştirak edən digər maşın isə “188” evakuator xidmətinə məxsus “90-JZ-887” dövlət qeydiyyat nişanlı “MAN” markalı yük maşını olub. Evakuatorun sürücüsü Vüsal Abdullayev yol hərəkəti qaydalarınl pozaraq yolu qadağan olunmuş hissədən dönüb. Yüksək sürətlə gələn “Mercedes” isə sürəti azalda bilməyib və evakuatora çırpılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …