Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / 3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova martın 27-də məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, Lalə İmaşova həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinib və 9 il azadlıqdan məhrum edilib.

29 yaşlı Lalə İmaşovanın 3 azyaşlı övladı var.

O, istintaq və məhkəmə dövründə azadlıqda idi.

Hökmdən sonra məhkəmə zalında həbs edilərək Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına göndərilib.

Zərərçəkmiş qismində tanınan 37 yaşlı Ceyhun İmaşov məhkəmədə dindirilərkən həyat yoldaşından şikayətçi olduğunu deyib, onun həbs olunmasını istəyib.

Lalə İmaşova isə özünü qismən təqsirli bilib.

O bildirib ki, həyat yoldaşını öldürmək fikri olmayıb.

Onun sözlərinə görə, hadisə mübahisə zəminində baş verib.

Məhkəmədə dindirilən qonşular bildirib ki, 2023-cü ilin yanvarında – hadisə günü səs-küy eşidib, İmaşovların yaşadığı evə gediblər.

Yerdə qan olduğunu, Ceyhun İmaşovun isə həyat yoldaşını yerə yıxdığını görüblər.

Lalə İmaşova son sözündə də 3 azyaşlı övladı olduğunu vurğulayaraq, məhkəmədən azadlıqdan məhrum edilməməsini, ona alternativ cəza verilməsini istəyib.

Lakin Novruz Kərimovun sədrlik etdiyi, Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası onu Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə təqsirli bilib və 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Lalə İmaşovanın vəkili bu hökmdən apelyasiya şikayəti verəcək.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …