Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / 1 milyonluq qalmaqalda günahlandırılan qadın İNTİHARA ƏL ATDI

1 milyonluq qalmaqalda günahlandırılan qadın İNTİHARA ƏL ATDI

Bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İqtisad Universitetində tyutor işləmiş Vəfa Osmanlı mühakimə olunur. 47 yaşlı V.Osmanlı keçmiş iş yoldaşları da daxil, xeyli adamın pulunu alıb, onları aldatmaqda təqsirləndirilir.

Gununsesi.info xəbər verir ki, bu işdə aldadılan zərərçəkmişlərin sayı on nəfərdir. Müxtəlif işlərin düzəlməsi vədi ilə Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şəlalə Hüseynova, Asif Orucəliyev və digərlərindən alınıb, onlara vurulmuş ümumi ziyanın məbləği isə 1 milyon manata yaxındır.

V.Osmanlı haqda hökm çıxarılana qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Hərçənd, zərərçəkmişlər bunun əleyhinədir.

Hələ məhkəmənin hazırlıq iclasında zərərçəkmişlərdən Asif Orucəliyev vəsatət qaldırmışdı ki, V.Osmanlı haqqında qətimkan tədbiri dəyişdirilsin və o, həbs olunsun. Amma hakimlər indiki mərhələdə onun həbsini məqsədəuyğun bilməmişdi.

Psixiatriya xəstəxanasından məcburi gətiriləcək

Fevralın 2-də yenə V.Osmanlının məhkəməsi olmalıydı, amma təqsirləndirilən şəxs gəlməmişdi.Vəkilinin dediklərindən məlum olub ki, V.Osmanlı intihara xəhd edib, onu xəstəxanaya yerləşdiriblər. Oradan da Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriblər. Hazırda da psixi durumu ilə əlaqədar orada müalicə alır.

Buna baxmayaraq, Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən V.Osmanlı haqqında məcburi gətirilmə qərarı çıxarıb.

Qeyd edək ki, V.Osmanlı məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …