Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal /  Qarabağ əlili intihar etdi – TƏFƏRRÜAT

 Qarabağ əlili intihar etdi – TƏFƏRRÜAT

Ötən gün səhər saatlarında Qəbələ rayonunun Seyidqışlaq kəndində Qarabağ qazisi intihar edib.

Azinforum.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun meyiti həyat yoldaşı tərəfindən yaşadığı evin həyətində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar.

Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin verdiyi açıqlamaya görə, “Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub, özü rayonun Yaşıllaşdırma idarəsində işləyib. Yeyib-içən oğlan idi, amma son vaxtlar mədəsindən şikayət edirdi. Belə maddi problemi olmayıb, dövlət tərəfindən təmin olunmuşdu. Yəqin depresiyaya düşüb. Ailə üzvləri ilə də normal münasibətləri olub, 2 oğlan övladı var- biri Gəncədə tələbə, digəri isə hərbi xidmət idi”.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qarabağ əlilinin hansı səbəbdən intihar etməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …