Bazar ertəsi , May 6 2024
Ana səhifə / Köşə Yazarları / Xalidə Xalid xəbər saytı açdı

Xalidə Xalid xəbər saytı açdı

Dünəndən İnform.az xəbər saytı fəaliyyətə başlayıb. Peşəkər jurnalistlərin və nüfuzlu yazarların imzasıyla fəaliyyətə başlayan saytın baş redaktoru tanınmış yazar, ədəbiyyatçı-alim Xalidə Xaliddir.

Xalidə Xalidin saytın açılışı ilə bağlı verdiyi xəbərdə qeyd olunur ki, İnform.az Azərbaycanda yaradılmış geniş media məkanında sıradan bir sayt olaraq fəaliyyətə başlayır. Lakin, İnform.az-ın peşəkar kollektivi xəbəri oxucunu yormayan fərqli formatda hazırlayıb təqdim edir. Siz bizdən xəbəri qısa və anlayışlı formada ala biləcəksiniz. Baş redaktor onu da bildirib ki, İnform.az-ın təqdimatının “15 İyun – Qurtuluş Günü”-nə salınması təsadüfi deyil. Bu tarixin Azərbaycanın inkişafının başlanğıcı olması səbəbindən, uğurlu bir tarix kimi İnform.az-ı bu gün oxuculara təqdim etməklə saytımıza ölkəmizin yüksəlişi kimi bir yüksəliş arzulayır, Azərbaycan xalqını İnform.az ailəsi olaraq “Qurtuluş Günü” münasibətilə təbrik edirik.”

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın