Ana səhifə / Köşə Yazarları / Məhkəmə ANS-ə “yox” dedi – 8 iş üzrə qərar verildi

Məhkəmə ANS-ə “yox” dedi – 8 iş üzrə qərar verildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS ÇM” radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri əsasında məhkəmə prosesləri keçirilib.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə 8 şikayət üzrə qərar qəbul edib. Həmin qərarlara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvəsində saxlanılıb.

Qeyd edək ki, MTRŞ radionun cərimə olunması ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın