Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Yazıçılar İttifaqının dövlət əmlakını talama məqsədilə həbs olunan sədri

Yazıçılar İttifaqının dövlət əmlakını talama məqsədilə həbs olunan sədri

“Azərbaycan Yazıçılar İttifaqının keçmiş sədri Seyfulla Şamilov 1925-ci ildən 1937-ci ilə qədər partiyanın üzvi olub. Partiya biletini itirib, yeddi ay müddətində bu hadisəni təşkilatdan gizlətdiyi üçün, 1937-ci ilin iyul ayının 23-də partiya sıralarından хaric edilmişdir. Partiya sıralarından хaric olan müddətə qədər həm Yazıçılar İttifaqında ciddi nöqsanlara yol verib, həm də dövlətin vəsaitin dağıtmışdı”. (Aslan Kənan, “XX əsrdə repressiyaya məruz qalanlar”)
Yuxarıda qeyd olunanlar 1937-ci ildə Yazıçılar İttifaqının Dövlət Təhlükəsizlik Komtəsinə göndərdiyi bildirişdən seçmələr idi. O bildiriş ki cəmi bir neçə ay bundan əvvəl həmin quruma başçılıq edən Seyfulla Şamilovu aşağılayırdı. O Seyfulla Şamilov ki onun rəhbərlik etdiyi bir il müddətdində (1936-1937) Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Hüseyn Cavid, Çəmənzəminli və onlarla dəyərli ziyalıların müqəddaratı həll olundu və onlar aradan götürüldü.
Amma o dövrün ab-havası belə idi- sıradan çıxaranların özləri də nə zamansa sıradan çıxmalıdır. Çox keçmir ki, Seyfulla Şamilovu ümumiyyətlə ittifaqın sıralarından azad edirlər.
DTK onu antisovet təbliğatının əsas iştirakçılarından biri kimi qaralayır. Evində axtarış aparandan sonra müxtəlif ədəbiyatlar, hərbi bilet, telefon aparatından başqa heç nə tapmırlar. Amma onun DTK-ya yollanan istehsalat xasiyətnaməsinə  Ordubadi, Osman Sarıvəlli və başqa söz sahibi olan tanınmışlar qol çəkirlər. Şamilov əvvəlcə beş ildə azadlıqdan məhrum edilir. Sovet ittifaqının müxtəlif yerlərində- Təhlükəsizlik Komitəsinin islah əmək düşərgələrində cəzasını çəkir. Amma cəzasının bitdiyi 1943-cü ildə isə müharibəni bəhanə gətirib onu azad etmirlər. Sonradan Seyfulla Şamilovun həyatında qara səhifələr yenidən təkrarlanır. 1945-ci ilin yeni il günündə həbsdən azad edilsə də çox keçmədən yenidən ittiham edilir. Bundan əvvəl isə yeniyetmə oğlu İkinci Dünya Müharibəsində dünyasını dəyişir. İkinci dəfə həbsdən çıxan Şamilovun  ömrünün sonuna çox qalmamışdı.
Taleyin ironiyasına baxın ki,  1955-ci il yumşalmalarından sonra Yazıçılar İttifaqı Şamilov yenidən öz sıralarına qatmaq və ona maddi yardım üçün 3000 manat pul yığmaq istəyirlər.
Moderator.az saytı da təqdim etdiyi bu yazıda əsas məqsəd eyni insanın bir il ərzində tamam başqa vəziyyətlərə düşməsini, quyu qazmağın elə quyu ilə nəticələnəcək sonluğunu göstərməkdir.
Çünki bəla ilə üzləşməmişdən cəmi bir neçə ay əvvəl o, gənc Müşfiqə demək olar ki, acımamış və əlində olan sədrlik imkanından zərrə qədər də istifadə etmədən gülüncü əsaslarla onu ittiham etmişdi:
“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş  ilə maraqlanır, ancaq bizim sovet qurluşu ilə maraqlanmır, bizim sovet qəhrəmanları ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin flankəsdir qohumun. Bəlkə ola bilər demişik ki, sənin qohumun Müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə çalışmırsansa bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir bunu yazırsan”.
Hər insan öz quyusunu özü hazırlayır… Özü bir gün onun içinə düşmək üçün bütün quyu qazanlar  haradasa öz quyularını da  qazırlar…

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın