Ana səhifə / Köşə Yazarları / Bakıda müəmmalı hadisə – Jurnalist döyülərək öldürülüb? (VİDEO)

Bakıda müəmmalı hadisə – Jurnalist döyülərək öldürülüb? (VİDEO)

“Respublika” qəzetinin baş redaktorun müavini küçədə müəmmalı şəkildə dünyasını dəyişib.

ANS TV-nin məlumatına görə, bu gün günorta saatlarında Elmlər Akademiyasının yerləşdiyi inzibati binasının qarşısında 64 yaşlı kişi qəfildən dünyasını dəyişib. Dünyasını dəyişən şəxs “Respublika” qəzetinin baş redaktorunun müavini Sabir Mustafayevdir. Küçədə qəfildən yıxılan jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib.
Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi də güman olunur.
Yasamal rayonunun prokuroru, eləcə də “Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın