Cümə axşamı , May 2 2024
Ana səhifə / Köşə Yazarları / ABŞ Dövlət Departamenti: “Bakıda yeganə müstəqil KİV-i bağladılar”

ABŞ Dövlət Departamenti: “Bakıda yeganə müstəqil KİV-i bağladılar”

ABŞ Dövlət Departamenti “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir: “Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – “Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. “Turan”a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır”.

Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə. Agentlik isə onun həbsindən sonra fəaliyyətini dayandırdığını bəyan edib.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın