Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / MİRŞAHİN: “ANS-ə çatacaq 40 min manat bizə verilməyib”

MİRŞAHİN: “ANS-ə çatacaq 40 min manat bizə verilməyib”

“ANS-in MTRŞ-la münasibətlərinin tarixi hamının gözü qarşısındadır. MTRŞ ANS-in fəaliyyətini izləmək, bizim bütün addımlarımızı qarabaqara izləmək yolunu tutub. MTRŞ-nın ANS-ə olan qərəzini hiss etməmək mümkün deyil”.
APA-nın xəbərinə görə, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, MTRŞ başqa kanallara xəbərdarlıqlar etsə də, daha çox ANS cəzalandırılır: “Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir”.
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru əlavə edib ki, MTRŞ və ANS arasında qarşıdurma Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayrılan vəsaitlə bağlı ANS-dən MTRŞ-ya edilən müraciətdən sonra başlayıb:

“ANS-ə çatacaq 40 min manat bizə verilməyib. MTRŞ-dan hər dəfə bizə deyirdilər ki, serialı təqdim edəndə, məbləğ sizə veriləcək. Biz müraciət etdik, cavab olaraq bizə xəbərdarlıq etdilər. Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayırdığı vəsaitin taleyi necədir?! Bəlkə də hər şey şəffafdır. Ancaq biz bu suala cavab tapa bilməmişik. MTRŞ bu haqda məlumat verməlidir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın