Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Maynşteyndən dəmir yumruğa – Esse

Maynşteyndən dəmir yumruğa – Esse

Mart min doqquz yüz qırx.

Bir konfransda söz alan Uinston Çörçill:

– Qüdrətli Fransız ordusu üçün Tanrıya şükür edirəm…

Çörçil zənn edirdi ki, Fransanın hərbi qüdrəti durdura biləcək faşist Almaniyasını…

Doqquz may min doqquz yüz qırx…

“Majino keçilməz”, – deyən fransızlar təkəbbürlə burunları havada gəzirdilər…

Ağılın ağıldan üstün olduğunu hardan biləydilər?

On may…

Reyx orduları Fransaya hücum etdi, amma Majinonun üzərindən deyil, cinahlarından dolanıb keçdilər…

Fransız ağlı yetməmişdi cinahları bağlamağa…

Və hava hücumundan müdafiəni təşkil etməyə…

Maynşteyn dühasıyla dörd yüz kilometr uzunluğunda, səkkiz kilometr dərinlikdə və bir-biriylə əlaqələndirilmiş çoxqatlı müdafiə xətləri sistemi ofsayta düşdü…

Və Majinonun on bir illik zəhməti də…

İyirmi il öncəki qələbənin eyforiyası ilə yaşayan fransızlarreyx ordularının Majinonun yanından dolanıb keçəcəyini,qürurlanaraq tikdikləri sığınacaqların, uzunmüddətli atəş nöqtələrinin, gülləboran qüllələrinin alman arxa cəbhəsinə anbar olacağını hardan biləydilər?

Doqquz iyun min doqquz yüz qırx…

Alman ordusu Parisə hücuma keçdi…

On üç iyun min doqquz yüz qırx…

“Aşiqlər şəhəri ” faşist zabitlərinin tapdağı altında…

İyirmi iki iyun min doqquz yüz qırx…

Qanlı savaş qırx dörd günə bitdi nəhayət…

Muzeydən çıxarılıb Kompyen meşəsinə gətirilən vaqonda kapitulyasiya aktı imzalamaq zorunda qaldı Fransa…

Və Parisdən paradla keçən faşist zabitlərinin cariyəsi oldu on minlərlə fransız qadın…

* * *

Səksən il sonra…

İl iki min iyirmi, may…

Sərxoş Paşinyanla terrorçu Araik Cıdır düzündə göbək atıb bir hour dincəldikdən sonra Qareginin alnındakı xaça and içdilər ki, bura onların dədələrinin vətənidir. Bizdə də bir inanc var:yalannan and içənə and qənim olar! Amma bunu  onlar bilmirdilər…    

İyunda Tovuz təxribatını törədib generalımızı şəhid etdilər…

İlıq bir payız sabahı, günlərdən iyirmi altı sentyabr… 

Cəzasızlıqdan azğınlaşan hayların növbəti təxribatı…

Arxalandıqları iki şey vardı: rus ordusu və bir də fransız mühəndislərin inşa etdiyi milyard yarımlıq Ohanyan xətti…

Hesaba qatmadıqları bir şey vardı: Dəmir yumruq!

İyirmi yeddisi sentyabr 2020…

Günəş doğmadan üç dikuçarımızı düşürdülər…

O sabah şəfəqdən öncə doğdu ruhumuzdakı atəş. Doğru deyirlər, gecənin ən qaranlıq vaxtı sabaha ən yaxın vaxtıdır. Və “Yetər!”- dedik, yetdi!,- dedik. “Sizinlə anladığınız dildə danışacayıq!” dedik…

Başlandı şanlı ordumuzun zəfər yürüşü…

Düşmənin otuz ilə inşa etdiyi altı metrlik beton tavanlı bunkerlərini, möhkəmləndirilmiş yeraltı sığınaqlarını, eskarp və kontr-eskarplarını, qarışıq mina sahələrini və bütün müdafiə istehkamlarını əlaqələndirən yeraltı tunellər ağını cinahlardan dolanmadı, darmadağın edərək əzib keçdi müzəffər Azərbaycan əsgəri… 

Başından sonunadək yüksəkliklərə doğru hücum etdiyimiz savaşda sadəcə erməni hərb maşınını ayağımızın altına salıb əzmədik, rus hərbi strategiyasını, taktikasını da yendik və rus silahı haqqındakı əsatirləri yerlə bir etdi rəşadətli əsgərlərimiz…

Və şanlı zəfərimizi iyirmi səkkiz il altı aydır boynu bükük qalan Şuşamızın işğaldan qurtuluşu ilə taclandırdıq…

Hava və İranın quru yolu ilə gecə-gündüz daşınan rus silahları, yunan özəl qüvvətlərindən göndərilən dəstək taborları, dünyanın hər yerindən çağırılan muzdlular və “İsgəndər-M”lər belə əlimizdən qurtara  bilmədi hayları…

Vətən torpağımızı iki min doqquz yüz on dörd şəhidimizin al qanlarıyla suvarıb düşmənin başını dəmir yumruğumuzla əzdik.

Doqquz noyabrda Paşik üçtərəfli bəyannaməni imzalamaq zorunda qaldı…

Və işğal altındakı torpaqlarımız azad oldu sonunda…

Amma qırx dörd günə arxalarınca on üç min leş, on bir min fərari və minlərcə şikəst buraxıb qaçan düşmənə fransızlarıntaleyini yaşatmadıq…

Çünkü biz Türkük, yıxılanı vurmarıq!

Böyüklük bizdə qalsın, deyərik.

Yendiyimizi əzmərik!

Nə fransızlar, nə də haylar kimi əliyalına, suçsuza divan tutmarıq.

Dostluğumuz sonsuza, düşmənliyimiz davamız bitənə qədərdir!

Zaur BAYRAMOĞLU,

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …