Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Məşhur diktor Rafiq Hüseynlinin səhhəti pisləşdi: “Əlac yoxdur”

Məşhur diktor Rafiq Hüseynlinin səhhəti pisləşdi: “Əlac yoxdur”

Türkiyədən müayinədən qayıdan Xalq artisti həkim nəzarəti altında müalicə olunur.

Yeniçağ.az-a açıqlama verən xalq artisti R. Hüseynov bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:

“Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb; havam çatmır, boğuluram”.

Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:

“Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik da da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, “yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.

Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın