Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / “İnternet mediası satışımızı zəiflədib” – “Respublika” qəzeti

“İnternet mediası satışımızı zəiflədib” – “Respublika” qəzeti

Hazırki dövrdə internet mediası operativ informasiya mənbəyi olaraq, ənənəvi (çap) mətbuatı geridə qoyur. Online medianın sürətli inkişafı çap mətbuatının zamanla geriləməsinə, bəzilərinin isə ümumiyyətlə sıradan çıxmasına səbəb olur.
Hazırda ölkəmizdə bir neçə rəsmi qəzet fəaliyyət göstərir ki, onların bəzilərinin işi demək olar ki, nəzərə çarpmır. Bu qəzetlərdən biri də 1990-cı ildən Nazirlər Kabinetinin mətbu orqanı kimi fəaliyyətə başlayan “Respublika” qəzetidir.

“Respublika” qəzeti online media ilə ayqlaşa bilirmi?

Qəzetin baş redaktor müavini Hümbət Musayev Modern.az-a deyib ki, “Respublika” hər gün 5000 tirajla çıxır.

“İnternet media ortaya çıxandan sonra qəzetin satışında müəyyən azalma müşahidə edilir. Amma “Respublika” qəzeti onlayn media ilə əməkdaşlıq edərək, fəaliyyətini davam etdirir. İnternet mediası ilə ənənəvi media birgə fəaliyyət göstərərsə, bu mətbuatımızın inkişafına səbəb ola bilər. Qəzetimizin fəaliyyətində heç bir problem yoxdur, hər zamanki sürət ilə davam edir. “Respublika” qəzeti ölkənin maraqlarına uyğun olaraq fəaliyyət göstərir”.

mia.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın