Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Köşə Yazarları / “Veysəloğlu” şirkəti və Mətbuat Şurasının keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTOLAR

“Veysəloğlu” şirkəti və Mətbuat Şurasının keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTOLAR

Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunun Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi yazı müsabiqəsinin qalibləri açıqlanıb. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə müsabiqənin təşkilatçıları ilə yanaşı, qiymətləndirmə aparan ekspertlər, yazı təqdim edən jurnalistlər də iştirak edirdilər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək ölkədə fəaliyyət göstərən iri şirkətlərin media ilə sıx əlaqələrinin vacibliyindən danışıb və bu kontekstdə “Veysəloğlu” Şirkətini nümunə göstərib. Keçirilən müsabiqənin mövzu baxımından Azərbaycan iqtisadiyyatının hazırki durumu üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İqtisadçı ekspert Vüqar Bayramov da çıxış edərək, bu yazılarda yer alan təkliflərin hökumət və biznes sektoru tərəfindən dəyərləndirilməli olduğunu qeyd edib. İqtisadi mövzularda müsabiqələrin həm mətbuat, həm də biznes sektoru üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ekspert müsabiqədə qiymətləndirmənin də obyektiv aparıldığını vurğulayıb.

Mətbuat Şurasının sədri müsabiqənin yekunları barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, müsabiqədə 38 kütləvi informasiya vasitəsi iştirak etsə də, onlardan bir qismi qiymətləndirmədən kənarda qalıb. Keyfiyyətli yazıların çox olması nəzərə alınaraq, 19 nəfər jurnalist həvəsləndirici mükafatla təltif olunub.

Müsabiqədə ilk 3 yerin qalibləri isə 6 nəfər olub. Fins.az saytının əməkdaşı Fərqanə Vəkilova, “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Liftiyeva və “Yeni Avaz” saytından Allahverdi Cəfərov III yerə layiq görülüblər.

Qafqazinfo.az saytının əməkdaşı Dünya Camalova və “Bizim Yol” qəzetinin əməkdaşı İlhamə Rəsulova müsabiqədə II yeri tutub.
I yerə isə “Trend” İnformasiya Agentliyinin əməkdaşı İlahə Məmmədli layiq görülüb. Qaliblər pul mükafatı və diplomlarla mükafatlandırılıb.

Həmçinin oxuyun

Şəxsi və müvəqqəti ehtiraslarının nökəri…

İnsan sosial deyil, daha çox asosial varlıqdırCovid-19 pandemiyasının varlığı, ona qarşı peyvəndin tətbiqinin faydası haqqında …

Bir cavab yazın