Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurası monitorinq aparacaq

Mətbuat Şurası monitorinq aparacaq

Azərbaycan Mətbuat Şurası 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.

Şuradan  verilən məlumatda deyilir ki, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcəklər. Onlar həmçinin jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini də müşahidə edəcəklər.

Bundan başqa referendum günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

Mətbuat Şurası referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq. Medianın peşə vəzifəsinin icrası ilə bağlı hər hansı çətinliyi yaranacağı təqdirdə onun dərhal aradan qaldırılması təmin ediləcək.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın