Ana səhifə / Köşə Yazarları / Ləman Ələşrəfqızı ANS-dən getdi: “Haqsızlıqdan yoruldum”

Ləman Ələşrəfqızı ANS-dən getdi: “Haqsızlıqdan yoruldum”

Tanınmış jurnalist Ləman Ələşrəfqızı ANS-lə yollarını ayırıb.

 

Azinforum.az-ın məlumatına görə, xanım jurnalist bu barədə özünün Facebook səhifəsində yazıb:

“20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”.

Həmçinin oxuyun

Qiymət məmur kapitalizmində soyğunçu alət kimi

İqtisadiyyatda qiymət dəyərin pulla ifadəsi kimi müəyyən olunur. Dəyər isə əmtəə istehsalına sərf olunan ictimai …

Bir cavab yazın