Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Elbəyi Həsənliyə “taxtabaş jurnalist” demək üçün…

Elbəyi Həsənliyə “taxtabaş jurnalist” demək üçün…

Azinforum.az xəbər verir ki, mühacirətdə olan tanınmış yazar Elbəyi Həsıənli “Yeni Müsavat”ın populyar köşə yazarı Zamin Hacını sərt şəkildə tənqid, hətta təhqir edib:

“Zamin Hacı adımı çəkmədən mənimlə bağlı bir status yazıb. Başıma gəlmiş bir hadisəni təhrif edərək ona yeni təfsir verib. Üstündən sükutla da keçmək olardı. Amma…
Zamin Hacı, başa düşürəm ki, sən özünü Qızılbaş hesab edirsən. İstənilən halda, Elbəyi Həsənliyə “taxtabaş jurnalist” demək üçün adam gərək “tuxtabaş jurnalist“ olsun. Həmin adam Danabaş və ya Yekəbaş da ola bilər. Ən azı isə həmin adamın Oğraş olması gərəkir. Sən bu sadaladıqlarımın hansısan? Əlbəttə, özün daha yaxşı bilirsən. Onu da yaxşı bilirsən ki, mən “Facebook“da yoxam. Bunu bilə-bilə niyə hoqqa çıxardırsan, faktı təhrif edirsən? (Sözügedən qərəzli statusun şərh bölümündə həqiqəti yazdığına görə Dünya Sakitə təşəkkür edirəm)
Başa düşürəm ki, “Zamin Hacı və tum satan Şirin bacı“ yazısının acısı hələ canından çıxmayıb. Bu statusunu da həmin acının nəticəsi kimi qəbul edirəm…
Vaxt olub ki, sən Elbəyi Həsənlinin jurnalistikada fəaliyyəti ilə bağlı olduqca xoş sözlər demisən. Dediklərini yadına salıb səni utandırmaq istəmirəm…”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın