Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / “Azərbaycan” nəşriyyatından qəzetlərə zərbə: qiymətlər kəskin artırıldı

“Azərbaycan” nəşriyyatından qəzetlərə zərbə: qiymətlər kəskin artırıldı

“Azərbaycan” nəşriyyatı il ərzində iki devalvasiyadan sonra onsuz da çətin durumda olan, yayımla bağlı ciddi problemlər yaşayan qəzetlərə zərbə sayıla biləcək addım atıb.
Musavat.com xəbər verir ki, nəşriyyat çap etdiyi qəzetlərin redaksiyasına məktub yollayaraq, qiymətləri birdən-birə 25% artırdığını bildirib. Maraqlıdır ki, məktub yanvarın 6-da göndərilsə də, qiymətlərin yanvarın 5-dən artırıldığı elan edilib.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov “Azərbaycan” nəşriyyatının qərarı ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, qərar məyusluqla qarşılanıb. Onun sözlərinə görə, qəzetlər çap qiymətlərinin artmayacağına ümid edirdilər: “Hökumətin anonsları ümid verirdi ki, çap xərcləri artırılmayavaq. Təəssüf ki, buna gedildi və “Azərbaycan” nəşriyyatı qiymətləri artırmaq məcburiyyətində qaldı”.
Ələsgər Süleymanovun fikrincə, bu, vəziyyəti onsuz da ağır olan çap mediasının sonu anlamına gəlir: “Onsuz da qəzetlər çap xərclərini vaxtında və tam şəkildə ödəyə bilmirdilər, nəşriyyata borc yaranırdı. Qiymət artımından sonra yığılan borcların həcmi də artacaq. Təbii ki, bu, sonsuzluğa qədər bu cür davam edə bilməz. Borcları artan qəzetlər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar”.
“Yeni Müsavat”ın baş direktoru ümid edir ki, hökumət məsələyə müdaxilə edəcək və qəzetlərin maliyyə problemləri üzündən məhvinə yol verilməyəcək.
 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın