Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Köşə Yazarları / Azər Həsrətlə Xədicə İsmayıl əl-Cəzirədə üz-üzə gəldi

Azər Həsrətlə Xədicə İsmayıl əl-Cəzirədə üz-üzə gəldi

3 May Dünya Mətbuat Azadlığı günündə məşhur əl-Cəzirə TV-nin ingilisdilli saytında Xədicə İsmayılın “Araşdırma jurnalistikasının artan önəmi” adlı məqaləsi dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Xədicə İsmayıl Azərbaycan hökumətini tənqid edib.

Bunun ardınca saytda Azər Həsrətin “Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?” başlıqlı geniş yazısı dərc edilib. Əl-Cəzirə hər iki yazını fərqli mövqe kimi yayımlayıb.

Azər Həsrət isə yazısında, Azərbaycanda medianın durumu ilə bağlı Xədicə İsmayıldan fərqli mövqe ilə çıxış edib.

X. İsmayıl isə  dərhal atdığı tvitdə Azər Həsrəti hakimiyyətin sözçüsü adlandırıb: “Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir”.

Maraqlıdır ki, Xədicə İsmayılın bu reaksiyası ermənilər tərəfindən dərhal diqqətə alınıb və onların ən fəallarından olan Eni Vandaryan adlı tvitter istifadəçisi belə bir paylaşım edib: “Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bugünlərdə İndoneziya səfərilə mükafatlandırılan rejim tərəfdarı – qulluqçusu Azər Həsrətin yazısı”.

 

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın