Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Köşə Yazarları / Aytənlə Elvinə niyə ev verilməyib? – Açıqlama

Aytənlə Elvinə niyə ev verilməyib? – Açıqlama

Dünəndən jurnalistlər üçün tikilən 2-ci binada ev sahibi olan 255 media nümayəndəsi sosial şəbəkələrdə sevinclərini bölüşürlər.

“Qafqazinfo” xəbər verir ki, onlar İlham Əliyevə təşəkkür edərək göstərilən diqqəti yüksək qiymətləndiriblər. Eyni zamanda, ev ala bilməyən jurnalistlər də fikirlərini bölüşüblər.

Onlardan bəziləri həmkarlarının mükafatlandırılmasına sevinsələr də, bir neçəsi narazılıq edərək bəyanatla çıxış edib. Həmin jurnalistlərdən biri “Space TV”nin əməkdaşı Elvin Basqallı, digər isə ATV-nin əməkdaşı Aytən Səfərovadır.

KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyadan verilən məlumata görə, hər iki jurnalistin müraciəti araşdırılıb və məlum olub ki, E.Basqallının təcrübəsi 7 il olduğu üçün kriteriyalara uyğun gəlməyib, A.Səfərovanın isə mənzil şəraitinin yaxşı olduğu aşkarlanıb:

“Bu səbəbdən hər iki jurnalistə müsbət cavab verilməyib”, – deyə komissiyadan bildirilib.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın