Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / ATV-nin “Qaynanamız” serialı bağlandı, ANS yenidən 25 min cərimə edildi

ATV-nin “Qaynanamız” serialı bağlandı, ANS yenidən 25 min cərimə edildi

Milli Teleradio Şurası bugünkü iclasında sərt qərarlar qəbul edib

Bu gün  MTRŞ-in növbəti iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, qurumun bugünkü iclasında da bir sıra sərt qərarlar qəbul edilib.

 

Belə ki, iclasda “ATV” və “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb. Qərara əsasən, Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı “SOY” Prodakşn tərəfindən hazırlanan “Qaynanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq adı çəkilən serialın yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılacaq.

 

Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 35.5-ci maddəsinin, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə, ANS Müstəqil Yayım və Media Şirkətinin “ANS” televiziyasının efirində 25.09.2015-ci il tarixdə saat 23.32-də başlayan “Hobbit: Smauq xarabalığı” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 04.10.2015-ci il tarixdə saat 05.46-da başlayan “Saflaşma gecəsi” bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 09.10.2015-ci il tarixdə saat 22.54-də başlayan “Dünya müharibəsi” bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 02.10.2015-ci il tarixdə saat 23.00-da başlayan “Ulduzlar arası” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 10.10.2015-ci il tarixdə saat 14.17-də başlayan “Üç qardaş” bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, ümumilikdə 25 000 (iyirmi beş min) AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın