Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / ANS-in keçmiş əməkdaşları bir-birilərini təhqir etdi: “Sən içib alkaşlıq edəndə…”

ANS-in keçmiş əməkdaşları bir-birilərini təhqir etdi: “Sən içib alkaşlıq edəndə…”

ANS TV-nin iki sabiq əməkdaşı sosial şəbəkədə bir-birlərini təhqir edib.

Avropa.info xəbər verir ki, hazırda ABŞ-dayaşayan Aynur Talıbova keçmiş həmkarını, əməkdar jurnalist Ləman Ələşrəfqızını “bədbəxt”, “mətbuatın yengəsi” adlandırıb:

“Mən o adamla 4 il əvvəl dəhlizdə, “newsroom”da işləmişəm və heç salamlaşmamışam. Görüntü etibarı ilə hər yerindən bədbəxtlik yağır. O, heç cürə düzəldə bilmədiyi qüsurlu nitqi də imkan verməyib ki, bu özəllikdə olan insanları qəbul edim. Hər şeyin həddi var. Amma həyasızlığın və axmaqlığın yoxdur. Dediyim odur ki, nəzərdə tutduğunuz beyin sahibləri olduqları vizyon dəyərlərindən yola çıxırlar. Fərqində olan isə ümumiyyətlə əlinə qələm almır”.

Ləman Ələşrəfqızı da öz növbəsində Aynur Talıbovaya çox sərt cavab verib:

“ANS-də işləyəndə biri vardı. İçirdi, lül-qəmbər olurdu, sonra da bağışlayın məni, ərəblər bizim şəhərin küçələrini sulayan kimi, o da gedib rayonlarda bank divarlarını-filanı isladırdı. Kişi olsaydı, deyərdin cəhənnəm, bu yaramaz zənən idi. Qovurdular qayıdırdı, qayıdırdı bir də qovurdular.. İndi gedib oturub Amerikada, ağzını qoyub Allah yoluna. Azərbaycanı Danabaş adlandırır. Baxmayaraq ki, danabaşın yekəsi özüdür. Mənim müzakirəmi açıb, amma bir cümləsi ilə özünü möhkəm yandırıb və sübut edib ki, insanın içi paxıllıqla, çirklə-irinlə doludur. “Azərbaycanda Ləman qələmi formalaşıb” – deyir, məni mətbuatın yengəsi adlandırır. Zavallı qız, sən içib alkaşlıq edəndə mən də qələmimi formalaşdırmışam da. Neyləyəydim? Səninlə rumka-rumkaya vurardım?

P.S. Onun və onunkimilərin barəmdə yazdıqlarını like edənlər özləri dostluğumdan çıxsın. Adlarını çəkmirəm. Rədd olun. Sifətsizlərə dostluğumda yer yoxdur”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın