Bazar , Yanvar 24 2021
Ana səhifə / Köşə Yazarları / ANS-in bazasında yeni TV fəaliyyətə başlayacaq? – Açıqlama

ANS-in bazasında yeni TV fəaliyyətə başlayacaq? – Açıqlama

Qaynarinfo informasiya portalı tezliklə ASAN TV- nin fəaliyyətə başlayacağı barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, yeni telekanal ASAN TV adlanacaq və kanalın təsisçisi qismində “Asan-Xidmət” olacaq.

Yeni telekanalın fərqli məkanda fəaliyyətə başlayacağını bildirən mənbə, ANS TV-nin bir çox rəhbər kadrlarına yeni telekanalda vəzifə təklif olunacağını da deyib.
Sputnik-in sorğusuna cavab verən “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu məsələyə aydınlıq gətirib:
“Biz tərəfdən ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat açıqlanmayıb. Odur ki, ANS TV-nin bazası əsasında ASAN TV-nin fəaliyyətə başlayacağı barədə məlumatlar həqiqəti əks etdirmir.”

Xatırladaq ki, ANS telekanalının yayımı MTRŞ-nin şikayəti əsasında dayandırılıb. ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Türkiyədə 15 iyul-da baş verən dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülənlə müsahibəsinin anonsunun efirə getməsi MTRŞ-ni bu addımı atmağa vadar edib. İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın