Cümə , Oktyabr 30 2020
Ana səhifə / Köşə Yazarları / Əvəz Zeynallı: “Kimsəyə vəfa borcum yoxdur”

Əvəz Zeynallı: “Kimsəyə vəfa borcum yoxdur”

Əvəz Zeynallının “Qaynar Qazan” da Arif Hacılıdan aldığı müsahibə cəmiyyətdə geniş müzakirə olunmaqdadır.

Arif Hacılının “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu barədə dediklərindən sonra artıq “Yeni Müsavat” da çalışan bir neçə müsavatçı partiyalarından istefa verib. Tərəflər bir-birilərinə ittiham yağdırmaqda davam edərəkən “Qaynar Qazan”-ın müəllifi də Əvəz Zeynallı da yaddan çıxmayıb.

Qeyd edək ki, X.Kazımlı bu gün yazdığı yazıda Əvəz Zeynallya dair belə yazıb: “Budur, artıq Əvəz Zeynallının qapısı açılıb və o, Rauf Arifoğluna olan “vəfa borcu”nun əvəzini artıqlamasilə qaytarır: hər müsahibindən onun əleyhinə ifadə alır. Əslində o, artıq “Qaynar qazan”da “Rauf Arifoğlu bölümü” açmalıdır. Bəlkə də bu, daha maraqlı və tirajlı olar”.

Əvəz Zeynallı isə ittihama belə cavab cavab verib:

“Mən işimi görürəm. Qıt imkanlarla fəaliyyətimə davam edirəm. Həmkarlarımın reaksiyalarını isə bəzən anlamaqda çətinlik çəkirəm. “Qaynar Qazan”da format bəllidir. Orada sualları mən yox, əsasən fb istifadəçiləri yönəldir. Mənə sadəcə onların tərcümanı olmaq qalır. Kimsəyə vəfa borcum yoxdur. Məni kimsə əlahiddə müdafiə etməyib – ələlxüsus “Yeni Müsavat”. Bir çox hallarda isə əksinə olub. Xalid bəy səbr eləsin, inşallah, “Həbsxana gündəlikləri” çap olunsun, orada hər şeyi oxuyacaq. Məni illah bu polemikalara qatmaq təşəbbüslərini anlamıram və bu dartışmalarda iştirak etmək istəmirəm. Dostlara uğurlar arzulayıram. Mən peşəmlə məşğulam”.

X.Kazımlı jurnalist həmkarının “mənim kimsəyə vəfa borcum yoxdur” ifadəsinə reaksiya verərək deyib ki, əgər Əvəz bəy belə hesab edirsə, etsin, eybi yoxdur: “Ancaq indicə saytımızın arxivində “Əvəz Zeynallı” yazıb axtarış verdim, 170-dən artıq yazı çıxdı. Hələ bir o qədər də başlığında “”Xural” qəzetinin baş redaktoru” sözü olan materiallar çıxa bilər. Bunu Əvəz Zeynallıya minnət qoymaq üçün demirəm. Fakt belədir. Bircə onu deyə bilərəm ki, bu gün bir çox həmkarımızın bəyənmədiyi Rauf Arifoğlu həbsə düşən, darda olan jurnalistlərin müdafiəsi üçün əlindən gələn hər şeyi, özü də heç bir təmənna güdmədən edir. İndi Əvəz Zeynallıya demirəm ki, öz peşəsi ilə məşğul olmasın. Olsun. Qoy siyasətçiləri də bir-birinə qırdırsın. Amma bu hadisə hər dəfə eyni adamla bağlı baş verəndə qərəzli görünür”.

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın