Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Əhəd Abıyev sayt rəhbərini təhdid etdirir – FOTO

Əhəd Abıyev sayt rəhbərini təhdid etdirir – FOTO

Daşkəsənin icra başçısının adamı TİA.AZ-ın baş redaktorunu həbs etdirəcəyini deyib

Daşkəsənin icra başçısı mediaya təzyiq etməyə başlayıb. Əhəd Abıyev fəaliyyətindəki tənqidi yazılara görə qırğılarını təlimatlandırıb. Bu barədə TİA.AZ saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçisi olan Malik adlı şəxs Tribuna İnformasiya Agentliyinin redaksiyasına zəng edərək hədə-qorxu gəlməyə, hərbə-zorba leksikonunda danışmağa çalışıb. «TİA.AZ-ın baş redaktoru Əlişir Əhədi həbslə hədələyən Malik adlı RİH nümayəndəsi məqalədə səslənən tənqidi fikirlərə və problemlərə normal şəkildə münasibət bildirmək, icra hakimiyyətinin mövqeyini açıqlama əvəzinə təhdid, hədə dilində danışmağa üstünlük verib».

Sayt yazır ki, Ə.Abıyevin öyrətdiyi, təlimat verdiyi qırğısı, vaxtilə sürücüsü olmuş və indi RİH-də post tutmuş Malik adlı məmur TİA.AZ-ı təhdid etmək üslubunu seçib və son hadisələrdən heç bir nəticə çıxarmayıb. «Qeyd edək ki, Malik adlı RİH nümayəndəsi Ə.Abıyevin şəxsi sürücüsü olub və indi tənqidi faktlar qarşısında aciz qalan rayon rəhbərliyi onu qabağa verib».

Bildirək ki, yaranmış vəziyyətə səbəb Daşkəsənlə bağlı dərc olunmuş məqalə olub. Həmin məqalədə isə deyilirdi ki, Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. «Rayonun rəhbəri Əhəd Abıyevin əsas vaxtını Bakıda və Gəncədə keçirməsi nəticəsində ucqar dağ rayonu başdı-başına qalıb. Daşkəsən kimi sərvətləri olan bölgə özbaşınalıqlar, xaos məkanına çevrilib. Ə.Abıyevin həftənin əsas günlərində Gəncədə olduğu və ucqar rayonun iqliminə görə kabinetində çox zaman oturmadığı qeyd olunur».

Məqalədə vurğulanır ki, rayon camaatı problemlərini deməyə dövlət məmuru tapmır. «Onlar ümidsiz şəkildə bölgə sərvətlərinin məmurlar tərəfindən yağmalanmasını seyr edirlər. Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. Buna səbəblər var. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz. Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur. Bunu daşkəsənli sakinlərdən biri qeyd edib. Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir».

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın