Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / ƏDV-nin qaytarılma səviyyəsi dəyişdirilsin – TƏKLİF

ƏDV-nin qaytarılma səviyyəsi dəyişdirilsin – TƏKLİF

Azərbaycanda vətəndaşlara etdiyi ödənişlərə görə qaytarılan Əlavə Dəyər Vergisinin səviyyəsinin dəyişdirilməsi təklif edilir.

Bu təkliflə çıxış edən iqtisadçı-ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov Bakupost.az -a deyib ki, ƏDV-nin nağdsız ödəmələr üzrə 15, nağd ödənişlər üzrə 10% geri qaytarılması sistemində nağdsız ödənişlərin xeyrinə addım atmaq olar:

“Daha yaxşı olardı ki, vətəndaşa nağdsız ödəniş üçün ƏDV 18, nağd ödəniş üçün 7% geri qaytarılsın. Bu nağdsız hesablaşmaların daha geniş tətbiqini sürətləndirərdi”.
Sistemin təkmilləşdiirilməsini vacib sayan iqtisadçı hesab edir ki, ƏDV-nin qaytarılması üzrə edvgerial.az portalından “Kapital Bank” və “Beynəlxalq Bank”dan başqa digər banklara da ƏDV üzrə geri qaytarmalar üçün imkanların yaradılması yaxşı olar. Müştərinin ƏDV hesabında yığılmış vəsaitin onun digər banklarda olan hesablarına köçürülməsi üçün ödənişlərin aradan qaldırılması da məqsədə müvafiq olardı”.

Həmçinin oxuyun

İpotekaya xitam verilən hallar genişləndi

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna …