Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Yerevanın mərkəzində barrikadalar quruldu

Yerevanın mərkəzində barrikadalar quruldu

Nümayişçilər Yerevanda silahlı adamların ələ keçirdiyi polis post-patrul polkunun yanında barrikadalar qurublar.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın bildirdiyinə görə, bu barədə “Sputnik Armeniya” agentliyi məlumat yayıb.

“Fəallar hardansa metaldan olan polis maneə elementləri tapıb gətiriblər. Boş qalan yerlər isə şəxsi avtomobillər və zibil çəlləkləri ilə bağlanıb. Beləliklə, elə alınıb ki, polkun binasına doğru aparan yollar güc strukturları tərəfindən bağlanıb, ərazidən çıxan yolu isə nümayişçilər nəzarətə götürüblər”, – deyə agentliyin məlumatında vurğulanıb.

*   *   *23:17

Yerevanda silahlıar tərəfindən ələ keçirilmiş polis şöbəsinin ətrafındakı qarşıdurmada 4 nəfər asayiş keşikçisi yaralanıb.

Məlumatı xüsusi müxbirimiz Vahan Martirosyan verib.

“Vətəndaşlar dolayı yollarla qorunan əraziyə daxil olmaq istəyiblər, polislə qarşıdurma da bu vaxt yaranıb. Qarşıdurma zamanı 4 polis əməkdaşı yaralanıb və xəstəxanaya aparılıb. İlkin məlumata görə, xəsarətlər odlu silahla yetirilməyib. Onlara xəsarət yetirənlər polislərə tərəf daş parçaları atıblar”, -deyə Ermənistan parlamentinin deputatı, müxalif “Erməni Milli Konqresi” fraksiyasının üzvü Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Yeri gəlmişkən, ondan bir az əvvəl polis hücumuna məruz qalan silahlı qrupun yaydığı bəyanatda deyilirdi: “İndi bizdə o qədər silah var ki, heç sərhəddəki əsgərlərdə o qədər silah-sursat yoxdur”.

*   *   *21:31

Xüsusi müxbirimiz Vahan Martirosyanın bu dəqiqələrdə verdiyi xəbərə görə, xüsusi təyinatlıların hücumundan sonra qiyamçıların tərəfdarlarından ibarət təxminən 1500 nəfərlik kütlə polis səddini yararaq xüsusi əməliyyatın keçirildiyi əraziyə daxil olub.

Bundan sonra hüquq-mühafizə orqanları hücumu dayandırmağa məcbur olublar.

*   *   *21:00

Ermənistanın paytaxtı Yerevanda xüsusi təyinatlılar artıq üç gündür qiyamçılar tərəfindən ələ keçirilmiş polis şöbəsinə hücum keçib.

Məlumatı redaksiyamıza xüsusi müxbirimiz Vahan Martirosyan verib.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub, artıq güllə səsləri eşidilir.

Polis şöbəsinin ətrafına toplaşmış qəzəbli kütlə Sarkisyanın və hüquq-mühafizə orqanlarının ünvanına erməni və Azərbaycan dillərində söyüşlər söyür və polis səddini yarmağa çalışır.

*   *   *15:35

Bir neçə fəal, o cümlədən Yerevan şəhər şurasının üzvü David Sanasaryan həbs edilmiş müxalifətçilərə münasibətdə polis əməkdaşlarının qeyri-insani davranışı barədə bildiriblər.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Sanasaryan deyib: “İnsanları heyvan kimi hərbi hissələrin meydançalarına tullayırlar, döyürlər, onlara tüpürürlər və polislərin çəkmələrini yalamağa məcbur edirlər”.

*   *   *15:18

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, zəbt edilmiş polis idarəsi binasının ərazisinə müxalifətçi deputatlar Zarui Postancyan və Nikol Paşinyan gəliblər.

“Ermənistan vətəndaşlarına qarşı polis tərəfindən bu günlərdə aparılan repressiyalar hazırda prezident aparatında gizlənmiş şəxs tərəfindən aparılıb. Bütün bunlar Serj Sarkisyanın birbaşa əmri əsasında edilir. Artıq 3 gündür polis rəisi ilə görüşməyə çalışıram ki, məni zəbt olunmuş bunaya buraxsınlar, lakin buraxmırlar”, – Postancyan deyib.

*   *   *15:05

Yerevan küçələrində prezident Serj Sarkisyan rejiminin devrilməsinə çağıran hökumət əleyhinə şüarlar peyda olub.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki. belə şüarlardan birində deyilir: “İçundə yatan Serjiki öldür”.

*   *   *13:17

“Bizimlə Ermənistan DTX arasinda saat 19:00-a qədər heç bir fəal hərəkətin olmayacağı barədə razılaşma var idi. Lakin onlar uşaqlarla əlaqəni kəsdilər. Mən onlara 30 dəqiqə vaxt verirəm ki, əlaqəni bərpa etsinlər, əks halda, hakimiyyətlə danışıqlar baş tutmamış hesab olunacaq”.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində “Təsis parlamenti” təşkilatının üzvü və ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan bildirib.

*   *  *13:08

Yerevanda polis polkunu ələ keçirən silahlı qrupla hakimiyyət orqanlarının danışıqları davam etdirilir.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, bunu jurnalistlərə Ermənistan parlamentinin üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan deyib.

“Hazırda rejimlə danışıqlar aparılır. Danışıqlar rejimin təşəbbüsü ilə aparılır. Mən bunu proseein birbaşa iştirakçısı kimi deyirəm. Yəni danışıqlar dalana dirənməyib.

Amma gecə baş verənlər (tərəflər arasında əldə olunmuş razılaşmanın ziddinə olaraq polkun ətrafına zirehli texnikanın cəlb olunmasını nəzərdə tutur – red.) rejimin insidentin danışıqlar yolu ilə həll olunması ilə bağlı niyyətinin ciddi olduğunu şübhə altına salır.

Xatırlatmaq istəyirəm ki, danışıqlar dalana dirənsə, baş verəcək hər şeyə görə məsuliyyət rejimin üzərinə düşəcək”, -deyə Alek Yeniqomşyan vurğulayıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın