Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Vergi ödəyicilərinin işi asanlaşdırılacaq

Vergi ödəyicilərinin işi asanlaşdırılacaq

E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır.

Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …