Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “UniBank” BƏDXASSƏLİ ŞİŞDİR… – GİLEY

“UniBank” BƏDXASSƏLİ ŞİŞDİR… – GİLEY

“Şikayətim “Unibank”dandır. Deməli Albalı kartım var idi. Bunu ödə-ödə bitmirdi”. Bu barədə Taleh Kərimi öz şikayətində yazır.
Daha sonra narazı vətəndaş bildirir: “Axırda bezib birdəfəlik bağladım. Nə borcum var idi yüklədim sıfır borcum qaldı. Amma proqramın silmədim. İndi neçə vaxtdır izləyirəm. Görürəm öz özünə borc yaradıblar indi faiz hesablana hesablana 5 manata çatıb. Heç zəng etmirlər ki nə məsələdir niyə ödəmirsiz. Əvvəllər bir gün keçən kimi zəng edirdilər. İndi sanki pusquda durublar ki bu borc şişsin. Bəlli bir məbləğ olanda qoparaq o məbləği. Sizin başınıza belə bir iş gəlib? Bədxassəli şişdir elə bil. Müalicə elətdirirsən yenə çıxır müəəyən müddət sonra. Zəng edib də qəbullarına düşmək olmur. Qocalırsan xətdə…”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …