Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ukrayna Baş Prokurorluğu Azərbaycan şirkətləri ətrafında qalmaqal barədə

Ukrayna Baş Prokurorluğu Azərbaycan şirkətləri ətrafında qalmaqal barədə

Ukraynanın UNN agentliyinin Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri barədə cinayət işinin başlanması barədə xəbəri həqiqəti əks etdirmir. Bu barədə virtualaz.org-a Ukraynadakı Azərbaycan səfirliyindən bildirilib.

Məlumat yayıldıqdan sonra səfirlik UNN agentliyinin Krım Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətinə istinadən yayımladığı xəbərində adları çəkilən Azərbaycan şirkətlərinin rəhbərliyi ilə əlaqə saxlayıb. Onlar barələrində cinayət işinin açılması və işləri ilə əlaqədar hər hansı problemlə bağlı iddianı inkar ediblər. Bundan əlavə, UNN agentliyinin KMR prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərdə hər hansı Azərbaycan şirkətinin adı çəkilmir.

Virtualaz.org-un müxbiri Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinə şifahi sorğu ilə müraciət edib. Oradan bildirildiyinə görə, idarənin Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri barədə cinayət işinin başlanması barədə heç bir məlumatı yoxdur.

Öz növbəsində, KMR prokurorluğu xəbər verib ki, bu günə olan vəziyyətə görə, Azərbaycanın dövlət və özəl şirkətlərinin nümayəndələri barədə cinayət işinin başlanması barədə məlumata malik deyil. KMR prokurorluğunun məlumatında söhbət 20-22 aprel tarixlərində müvəqqəti işğal edilmiş ərazilərdə yerləşən Yalta şəhərində keçirilmiş “III Beynəlxalq iqtisadi forumu”nda iştirak etmiş əcnəbi vətəndaşlardan və şirkətlərdən gedir ki, həmin tədbirdə hər hansı Azərbaycan şirkətinin iştirakı barədə məlumat yoxdur.

Eyni zamanda, bu forumda iştirak etmiş “İşgüzar Rusiya” İctimai təşkilatının saytında Yaltadakı tədbirdə nümayəndələri təmsil olunmuş 46 ölkənin 200 təşkilatının adı var. Həmin ölkələr arasında Azərbaycan yoxdur.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın