Ana səhifə / İqtisadiyyat / Üç erməni məmur Azərbaycan almasına görə həbs edildi

Üç erməni məmur Azərbaycan almasına görə həbs edildi

Ermənistan Dövlət Gəlirlər Komitəsinin məmuru Azərbaycandan ölkəyə qanunsuz alma idxalı zaman rüşvət almaqda şübhəli blinərək həbs edilib.

Bu barədə Xüsusi İstintaq Komitəsinin mətbuat xidmət məlumat yayıb. Bildirilib ki, Ermənistan Gömrük Komitəsinin Baqrataşen bölməsinin buraxılışa nəzarət idarəsinin müfəttişi və bu qurumun növbə rəisi də Azərbaycan almalarının Ermənistana qanunsuz yolla keçməsində külli məbləğdə rüşvət almaqda şübhəli bilinirlər. Bu məsələdə adları hallanan dövlətin üç məmuru barədə həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Ermənistanın uyğun qurumları Azərbaycandan bu ölkəyə məhsul idxalının qadağan edilmədiyini bildirir. Onlar bu məsələdə seçimi satıcıların və alıcıların ixtiyarına buraxıb. (Report.az)

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …

Bir cavab yazın