Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / İşıq dirəyi Şəki sakininin üstünə aşdı… – VİDEO

İşıq dirəyi Şəki sakininin üstünə aşdı… – VİDEO

İşıq dirəyinin 49 yaşlı Şəki sakinin üzərinə aşması ilə bağlı xəbər vermişdik. Hadisənin təfərrüatları məlum olub. “ARB Şəki” xəbər verir ki, Şəkidə bədbəxt hadisə baş verib. Rayonun Böyük Dəhnə kənd sakini Qabil Səlimov həyətdəki ağacın budağını kəsmək istəyərkən qırılan budaq işıq dirəyinə ilişərək onu aşırıb.

49 yaşlı kişinin üzərinə düşən dirək onu ağır yaralayıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini Qabil Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır. Kənd sakinlərinin sözlərinə görə kənddə qəzalı vəziyyətdə olan kifayət qədər elektirik dirəyi var. “Azərişıq” ASC-dən bildirildi ki, elektrik dirəklərinin yenilənməsi ilə bağlı ölkədə mütəmadi iş aparılır. Amma qəzalı vəziyyətdə olan dirəklərlə bağlı müraciət olunduğu təqdirdə vətəndaşların istəyi təmin olunur. Hər halda bu işdə vətəndaşlar daha diqqətli olmalıdır. Əks hansısa bir müdaxilə onların həyatı bahasına başa gələ bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın