Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə Üzeyirin mahnısı üstündə dava – “İki il əvvəl mənə satıb…”

Türkiyədə Üzeyirin mahnısı üstündə dava – “İki il əvvəl mənə satıb…”

Türkiyədə Seda Seyanın sevgilisi, “Erco” musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özen arasında böyük qalmaqal yaşanıb.
Sinan 7 il sonra “Bambaşka” adlı albom çıxarıb.
Albomda “Dur gitme” adlı mahnı azərbaycanlı ifaçı Üzeyir Mehdizadəninn ifa etdiyi “Yaxşı olar”ın plagiatıdır.
S. Özen albomunda özünü musiqi parçasının müəllifi kimi qeyd edib.
Erkan Çelik isə mahnını iki il əvvəl aldığını, Türkiyədə mahnının hüquqlarının ona aid olduğunu söyləyib.
O, sahib olduğu musiqi şirkətinin solisti Sevcan Dalkıranın həmin mahnını ifa etdiyini söyləyib:
“Mahnını iki il əvvəl almışam, bütün hüquqlar mənə aiddir. Keçdiyimiz aylarda şirkətimizin solisti, həmin mahnını “Ay balam” adıyla ifa edib. Bəstə Üzeyir Mehdizadəyə məxsusdur. Sinan “Erco” adlı şirkətimizdən icazə almayıb, mahnını albomuna daxil edib. Təbii ki, qanun qarşısında cavab verəcək”.
“Qafqazinfo” məsələ ilə bağlı Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb.
Müğənninin köməkçisi Nicat İsmayıloğlu mahnının Türkiyə musiqi şirkətinə satılması barədə yayılan xəbərləri təsdiq edib:
“Doğrudur, mahnı iki il əvvəl Türkiyə şirkətinə satılıb. Mahnının hüququ birmüddətlik onlara verilib. Bu işlərlə həmin ölkə üzrə əməkdaşımız məşğul olub. Çünki, Üzeyirin Azərbaycan və xarici ölkələr üzrə işlərini başqa-başqa insanlar görür”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın