Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə 15 iyul dövlət çevrilişində ittiham olunan generalların məhkəməsi başladı – FOTOLAR, VİDEO

Türkiyədə 15 iyul dövlət çevrilişində ittiham olunan generalların məhkəməsi başladı – FOTOLAR, VİDEO

 

Ankara 17-cı Ağır Cinayətlər Məhkəməsində 15 iyul çevriliş cəhdi ilə bağlı Fətullahçı Terror Təşkilatına məxsus “Yurtda Sülh Şurasın”nın üzvü olan 221 üzvü haqqında açılan cinayət işinin məhkəmə iclası başlayıb.
Avropa.info xəbər verir ki, məhkəməyə hakim Oğuz Dik sədrlik edir. Axtarışda olan Fətullah Gülən 16 iyuna qədər davam edəcək məhkəmə işinin 1 nömrəli müttəhimi kimi mühakimə olunur. Ali Hərbi Şuranın sabiq üzvü Akın Öztürk, Baş Qərargahın şəxsi heyət üzrə idarəsinin sabiq sədri Mehmet Partigöç, Strateji İdarənin sabiq sədri Mehmet Dişli, prezidentin sabiq yavəri Ali Yazıcı, sabiq Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın əmrində olan zabit Levent Türkkan və sabiq Prezident Kargüzarlıq İdarəsinin işçisi Muhammet Uslu müttəhimlər sırasındadır.
İstintaq işində haqqında həbs-qətimkan tədbiri seçilmiş 200, zaminə buraxılmış 9 müttəhimin adı var. 12 nəfər isə axtarışdadır. İttiham olunanlarda n3-ü general-leytenant, 4-ü general-mayor, 16-ı briqada generalı, 26-ı polkovnik, 27-i polkovnik-leytenant, 37-i mayor, 21-i kapitan, digərləri daha aşağı rütbəli zabitlərdir. Müttəhimlərdən 12-i müəllim, məmur və ticarətçidən ibarət mülk şəxslərdir.
Məhkəmə qarşısına çıxarılan şəxslər “konstitusion quruluşun dəyişdirilməsi”, “güc və şiddət işlədərək Türki parlamentini ləğv etmək”, “silahlı terror təşkilatına başçılıq etmək və üzv olmaq”, “prezidentə sui-qəsd”, “250 vətəndaşı qətlə yetirmək” “2375 vətəndaşı öldürməyə cəhd” və “ali zabit heyəti və vəzifəli şəxslərin hakimiyyətini məhdudlaşdırmaq” ittihamları mühakimə olunurlar.
Ankara Baş Prokurorluğunun nümayəndəsi Necip Vem İşçimen ilə prokuror Kemal Aksakal və İstiklal Akkayanın hazırladığı ittihamnamədə TSQ daxilində şəbəkə quran FETÖ üzvlərinin Türkiyə Cümhuriyyətinin konstitusion quruluşunu aradan qaldırmaq və yerinə başqa sistem gətirmək məqsədilə xaincəsinə çevriliş cəhdi etdikləri əks olunub.
İttihamnamədə 15 iyul gecəsi Türkiyə Silahlı Qüvvələri içərisində şəbəkə qurmuş FETÖ üzvlərinin 8 mindən çox əsgər, 35 təyyarə, 37 vertolyot, 74 tank, 246 zirehli maşın və 4 minə yaxın yüngül silahdan istifadə etdiyi, başda Prezident Külliyəsi olmaqla TBMM-in və Türkiyə Cümhuriyyətinin demokratik dəyərlərinin hədəf göstərildiyi deyilir.
Prezident Ərdoğanın zərərçəkmiş kimi göstərildiyi ittihamnamədə “Baş Qərargahda zərəçəkmiş hərbçilər” başlığı altında Baş Qərargah rəisi ordu generalı Akar, Quru qoşunları Komandanı ordu generalı Salih Zeki Çolak, Jandarm Baş Komandanı ordu generalı Yaşar Güler, sabiq Quru Qoşunları Komandanlığının Qərargah rəisi istefada olan ordu generalı İhsan Uyar, Kocaeli Qarnizon Komandanı general-leytenant Uğur Tarçın, Baş Qərargah Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin sədri Ərtuğrul Qazı Özkürkçü ilə Osman Tolqa Kılınçarslan, Burak Akın, Yunus Can, Atilla Gökesaoğlu, Göksel Sevindik və Fikrət Tayfur Erbildinin adı çəkilir.
Mətbuatın böyük diqqətinə səbəb olan məhkəmə prosesi mühafizə etmək üçün Jandarma Komandanlığı 500 nəfərlik heyət formalaşdırıb.
İstintaq öncəsi məhkəmə binası ətrafına bomba axtaran itlər, zirehli texnika, və TOMA-lar gətirilib. Bina ərazisinə girən maşınların nömrələri qeydiyyata götürülüb. Mümkün hava hücumuna qarşı Əskişəhərdə yerləşdirilən HHM sistemləri fəaliyyətə gətirilib.
Hər hansı provokasiyaların qarşısını almaq üçün əraziyə xüsusi təyinatlı qüvvələr gətirilib.
Çevriliş cəhdi zamanı öldürülən şəxslərin yaxınları məhkəmə qarşısında əllərində bayraqlar etiraz edirlər.

bayraqlar etiraz edirlər.

 

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın