Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türk Ordusu  hərbi çevriliş etdi

Türk Ordusu  hərbi çevriliş etdi

Türk Silahlı Qüvvələrinin verdiyi deyilən bəyanatda Ordunun ölkəyə nəzarəti ələ aldığı deyilir.

Bundan əvvəl, Türkiyənin baş naziri bir hərbi “qrup” tərəfindən “qanunsuz əməliyyatı” pisləyib.

Hazırda Ankara üzərində hərbi təyyarələr uçur, İstanbulda isə körpülər bağlanıb.

Image copyrightGETTY

Türkiyə Silahli Qüvvələri tərəfindən verildiyi deyilən açıqlamada bu ifadələrə yer verildi: “Konstitusiya quruluşunun, demokratiyanın, insan haqları və azadlığının təkrar təmini və təsisi ölkədə hüququn üstünlüyünun yenidən hakim olması, pozulan asayiş düzəninin yerinə qoyulması məqsəilə ölkəyə nəzarəti bütünlüklə ələ alınmışdır”.

“Bütün beynəlxalq müqavilələrimiz və anlaşmalarımız keçərlidir. Bütün dünya ölkələri ilə münasibətlərimizin davam edəcəyini bildiririk.”

Baş nazir Binali Yildirim deyib ki, hərbi əməliyyat rəsmi icazəsizdir. Lakin o əməliyyatı çevriliş adlandırmayıb. Onun sözlərinə görə, hadisə Türkiyənin demokratiyasına zərər vurmayacaq.

İstanbulda hazırda Bosfor və Fatih Sultan Mehmet körpülərində nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin Ankarada silah səslərinin eşidilməsi barədə məlumatlar gəlir. BBC

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın