Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türk Hava Yollarından Azərbaycana qardaş jesti

Türk Hava Yollarından Azərbaycana qardaş jesti

İstanbulun yeni hava limanından ilk beynəlxalq uçuş Azərbaycana olacaq.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi deyib.
O, yaxın aylarda istifadəyə veriləcək aeroportdan ilk daxili uçuşun paytaxt Ankaraya, beynəlxalq uçuşun isə Azərbaycana və daha sonra Şimali Kiprə gerçəkləşdiriləcəyini açıqlayıb.
Məlumata görə, hava limanının inşasında əsas işlər artıq yekunlaşıb və oktyabrın 29-na kimi bütün işlər başa çatdırılacaq.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …