Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Trampın namizədliyi ləğv oluna bilər
Donald Trump speaks during the 38th annual Conservative Political Action Conference (CPAC) in Washington February 10, 2011. The CPAC is a project of the American Conservative Union Foundation. REUTERS/Joshua Roberts (UNITED STATES - Tags: POLITICS BUSINESS)

Trampın namizədliyi ləğv oluna bilər

ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi sabah partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verib.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, iclasda partiyanın ABŞ prezidentliyinə namizədi milyarder Donald Trampla bağlı məsələnin müzakirə olunacağı gözlənilir.

Milli Komitənin üzvlərinə göndərilən elektron məktubda müzakirənin predmeti göstərilməyib. Ancaq Milli Komitənin bəzi hüquqşünasları hesab edirlər ki, iclas D. Trampla bağlı son qalmaqalla bağlıdır və D. Trampın namizədliyinin ləğvi müzakirəyə çıxarılacaq. Respublikaçılar Partiyasının Milli Komitəsinin iclasları çox nadir hallarda və çox vacib məsələlərlə əlaqədar çağırılır.

Qeyd edək ki. Bundan əvvəl Respublikaçılar Partiyasının prezidentliyə namizədi D. Trampın başqa bir namizədlə əvəzlənməsi imkanlarını öyrəndiyi barədə məlumat yayılıb. Buna səbəb D. Trampın 2005-ci ildə qadınlar barədə söylədiyi təhqiramiz söhbətin ortaya çıxmasıdır. D. Tramp bunu inkar etməyib. Bununla belə, milyarder öz istəyi ilə heç bir halda seçki marafonundan çəkilməyəcəyini bəyan edib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın