Cümə axşamı , May 13 2021
Ana səhifə / İqtisadiyyat / Tramp papağı əsgərin başına qoymaq istədi, lakin… – Video

Tramp papağı əsgərin başına qoymaq istədi, lakin… – Video

ABŞ prezidenti Donald Trampın güclü külək səbəbindən hərbi papağı yerə düşən əsgərə kömək cəhdi uğursuz olub.

Report-un məlumatına görə, Tramp ABŞ-ın Dəniz Piyadaları Korpusunun vertolyotunun göyərtəsində yaxınlaşanda güclü küləyin əsgərlərin birinin papağını başından çıxardığını görüb.

Əsgər qaydalara əsasən əllərini yanına salaraq hərəkətsiz dayanıb. Prezident hərbi papağı yerdən qaldıraraq onu əsgərin başına qoyub. Lakin külək dərhal yenidən əsgərin baş geyimini pozub.

Səyləri uğursuz nəticələnmiş ABŞ lideri əllərini əsgərin çiyninə vurub və hərbi vertolyotun göyərtəsinə qalxıb.

Həmçinin oxuyun

Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı AÇIQLANDI

2021-ci ilin aprel ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alışı həyata keçirib. Oxu.Az-ın …

Bir cavab yazın