Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Toylardan ancaq onlar qazanır – İqtisadçı

Toylardan ancaq onlar qazanır – İqtisadçı

İqtisadçı alim Qubad İbadoğlu toy iqtisadiyyatı ilə barədə fikirlərini bölüşüb. 
Eksprt toylardan restoran sahiblərinin qazanc götürdüyünü bildirib:
1. Qadağalar aradan qaldırılandan sonra adambaşı toy məsrəfləri artıb, buna ən azı iki faktor təsir göstərir. Birincisi, iştirakçı sayının azalması həm adambaşına dəyişən yemək xərclərinin, eləcə də musiqi, dizayn və digər sabit məsrəflərin artımını şərtəndirib. İkincisi,  pandemiyanın yaratdığı məhduduiyyətlər toy sahibinin hər qonağa görə qeyri-rəsmi ödəmələrə məcbur edir. Deyilənə görə, bu məbləğ adambaşına 5-15 manat arasında dəyişir. 
2. Toylar başlayanadan qoyun ətinin və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan artım hətta toyla əlaqəsi olmayan istehlakçıların xərclərini də çoxaldıb.   
3. Toyların intensivləşməsi dəvətlilərin bəzilərinin iştirak imkanlarını məhdudlaşdırıb ki, bundan ziyanı toy sahibi çəkir. İqtisadi qanunlara görə bir tərəf uduzursa, digər tərəf də qazanır.
Bəs qazanan kimdır? 
Birmənalı şəkildə deyə bilərik ki, qazanan şadlıq evlərinin sahibləridir, daha çox itirən toy sahibləri və iştirakçılardır. 
Neyləməli ki, toydan qazanan şadlıq evlərinin və restoranların sahibi deyil, bəy və gəlin olsun? Toyların islahatını necə aparmalı, onu yenidən necə təşkil etməli?”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …