Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Təəssüf ki, hələ də bu cür hallarla üzləşirik” – Nazir müavini

“Təəssüf ki, hələ də bu cür hallarla üzləşirik” – Nazir müavini

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı Nazirliklərinin nazir müavinlərinin, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmilərinin və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda növbəti görüş Ağcabədidə keçirilib. 

Sahibkarlar və fermerlərlə keçirilən görüşdə çıxış edən ETSN-in nazir müavini Firdovsi Əliyev qeyd edib ki, qarşıdan isti yay aylarının gəlməsi meşələrdə, yaşıllıq ərazilərdə yanğın təhlükəsini artırır.  Buna görə də hər kəs təbiət ərazilərində olarkən ehtiyatlı olmalıdır, yanğına şərait yaradan davranışlardan çəkinməlidir. Nəzərə almalıyıq ki, yanğın baş verən sahənin əvvəlki halına qayıtması üçün illərlə vaxt lazımdır. 
Nazir müavinin sözlərinə görə, dəfələrlə taxıl biçildikdən sonra sahəni yandırmamaq barədə xəbərdarlıqlar etməyimizə baxmayaraq, təəssüf ki, hələ də bu cür hallarla üzləşirik.   

FHN-in nazir müavini Etibar Mirzəyev fermerlər və sahibkarlara biçin mövsümündə diqqətli olmaları, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və taxıl sahələrini yandırmamaları üçün müraciət edib. 
Nazir müavini yanğın hallarının qarşısını almaq məqsədilə maarifləndirmə işlərinin mütəmadi davam etdirilməli olduğunu da vurğulayıb.

Görüşdə tədbir iştirakçılarına yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri, biçindən sonra sahələrə od vurmamaları, təbiətdə olarkən odla ehtiyatlı davranmaları bildirilib.


Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …